04 avqust 1991-ci il tarixdə Şahbuz rayon Kükü kəndində anadan olmuşdur. 2008-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsində təhsil almışdır. 2012 -ci ilin oktyabr ayından Şahbuz rayon Ayrınc kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır. 2013-cü ilin oktyabr ayından ailə vəziyyəti ilə əlaqədar Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirməyə başlamışdır. Haliyədə həmin məktəbdə fəaliyyət göstərir. İşlədiyi müddətdə müxtəlif təlim və lahiyələrdə iştirak etmiş, 2017-2022-ci illərdə məktəbdə psixoloq kimi fəaliyyət göstərmişdir. 19.05.2021-16.06.2021-ci il tarixlərdə STEAM təlimində, 12.04.2022-ci ildə “STEAM NAXÇIVAN” lahiyəsi üzrə “Labirint Robot” müsabiqəsində, 11.06.2022-ci ildə “STEAM təhsil festivalında”, 09.06. 2023-cü il tarixdə STEAM təhsili üzrə keçirilən “Edu Drone” müsabiqəsində, 06.01.2021-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə lV Qrant müsabiqəsində, 2016-cı ildə Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Fizika” kursunda, 22 may 2020-ci ildə məktəb psixoloqlarının online formatda keçirilən ixtisasartırma təlimində, 16-20 iyun 2020-ci il tarixdə “Pandemiya şəraitində sosial-psixoloji reabilitasiya: yaşamboyu inkişaf“ təlimində və 2023-cü ildə keçirilən Robotex Türkiye Mentör Eğitimi təlimində sertifikatlara layiq görülüb. 15 dekabr 2021 -ci il və 25 yanvar 2024-cü il tarixlərində gənc müəllimlər arasında keçirilən “Nə? Harada? Nə zaman?” İntellektual oyununda və 31 yanvar 2020-ci il tarixdə təhsildə səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən diplomla təltif olunmuşdur. Təhsilverənlərin sertifikatlaşdırılması prosesində 50 bal, diaqnostik qiymətləndirilməsində isə 70 bal toplamışdır.