Quliyeva Ziyafət Nəsib qızı 1963-cü ildə Bərdə rayonunda anadan olmuşdur. O, 1985-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. 2004-cü ildən etibarən Bərdə şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseydə fizika fənnini tədris edir.
Son illərdə onun şagirdləri Respublika Fənn Olimpiadalarında 2 bürünc və 1 qızıl medal qazanmışdır. Quliyeva Ziyafət müəllimə təhsilverənlərin sertifikasiya imtahanında 56 bal toplamışdır.
Eyni zamanda, onun şagirdi Quliyev Hidayət Beynəlxalq Elm Olimpiadasında iştirak edərək bürünc medal əldə etmişdir.