Bilalova Tamella Məhəmməd qızı Xocalı şəhərində anadan olub. Orta təhsilini də Xocalı şəhərində alıb. 1975–1979-cu illərdə Xankəndi Pedaqoji İnstitutunun Tarix fakültəsində təhsil alıb. İnstitutu bitirdikdən sonra Xocalı şəhər 1 nömrəli tam orta məktəbində Tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb və uzun illərdir bu sahədə çalışır.
Xocalı faciəsi zamanı həyat yoldaşını və yaxınlarını itirib. Uzunmüddətli pedaqoji fəaliyyətinə və təhsilin inkişafına verdiyi töhfələrə görə 2004-cü il 4 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Tamella Bilalovanın 3 övladı var.