Rəksanə Məmmədova 1996-cı ildə anadan olub. 2013-2017-ci illərdə Mingəçevir Dövlət Universitetində bakalavr təhsili alıb.
2018-ci ildə Ağdam rayonunun Gülbaharlı kənd ümumi orta məktəbində müəllim kimi fəaliyyətə başlayıb. Müəllimlərin işə qəbulu imtahanında 60 baldan 44 bal toplayıb. Daha sonra köçlə əlaqədar olaraq Ağdam rayonu Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində işləməyə başlayıb.
2024-cü ildə müəllimlərin sertifikatlaşdırılması imtahanında 55 bal toplayaraq sertifikat qazanıb. Hazırda 8 ildir ki, müəllim kimi fəaliyyət göstərir və ingilis dili üzrə dərs deyir.