İlham Salmanov 1965-ci ildə Şuşa şəhərində anadan olub. Elə burada orta məktəbi bitirdikdən sonra 1982-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinə daxil olub və 1989-cu ildə ali təhsilini başa vurub.
1988-ci ildə başlayan I Qarabağ müharibəsi səbəbindən universiteti bitirdikdən sonra könüllü olaraq azad təyinat alaraq Şuşa şəhərinə qayıdıb. Həmin dövrdə şəhərdə müəllim kimi fəaliyyət göstərib, lakin müharibə vəziyyəti ilə əlaqədar məktəblərin fəaliyyəti dayandırılıb.
1992-ci ilə qədər Şuşanın aşağı hissəsində, erməni kəndləri ilə üzbəüz ərazidə yaşadığı üçün şəhərin müdafiəsində fəal iştirak edib. Hazırda İlham Salmanov Şuşa 4 saylı orta məktəbdə riyaziyyat müəllimi kimi çalışır.