Birliyant Aslanova Ağcabədi Pedaqoji Kollecində informatika müəllimliyi ixtisası üzrə təhsil almışdır. Hazırda Füzuli rayon Qarabağ kənd tam orta məktəbində informatika müəllimi kimi fəaliyyət göstərir.
Sertifikasiya imtahanının test mərhələsində 55 bal, müsahibə mərhələsində isə 40 bal toplamışdır. Pedaqoji fəaliyyət sahəsində 10 illik iş təcrübəsinə malikdir.