Xəyalə Əmrahova- 31.08.1987-ci ildə Goranboy rayon Qarapirimli kəndində anadan olub.1993-2004-cü illərdə R.Qasımov adına Qırıqlı kənd tam orta ümumtəhsil məktəbində təhsil almışam. 2005-2009-cu illərdə Gəncə Dövlət Universitetinin Tarix və İctimaiyyət ixtisasını bitirib.2009-2011-ci illərdə Gəncə Dövlət Universitetində Magistr təhsili alıb. 2014-2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadiyyat" ixtisası üzrə 2-ci ali təhsil alıb.
2011-ci ildə MİQ imtahanında uğur qazanaraq,Goranboy rayonu R.Qasımov adına Qırıqlı kənd tam orta ümumtəhsil məktəbində müəllim kimi fəaliyyətə başlayıb.2021-2022; 2023-2024 və 2024-2025-ci tədris illərində təşkil olunan RFO-nun tarix fənni üzrə şagirdləri olimpiada qalibi olmuşlar. 05 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Elm və təhsil nazirinin əmri ilə "Fəxri Fərman"-la təltif olunub.