Məhbubə Həsənova- 1981-ci il sentyabrın 7-də Gəncə şəhərində anadan olub. 1988-ci ildə Mirzə Ələkbər Sabir adına 5 nömrəli tam orta məktəbə daxil olub və 1998-ci ildə Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbi bitirib.
2000-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında “İbtidai təhsilin pedaqogika və metodikası” fakültəsinə daxil olub və 2004-cü ildə həmin institutu bitirib.
2014-cü ildə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında uğur qazanaraq Gəncə şəhər İsrafil Məmmədov adına 27 nömrəli məktəb-liseyə ibtidai sinif müəllimi kimi qəbul olunub.
Elmi-pedaqoji nailiyyətləri və təltifləri arasında 2018-ci ildə səmərəli fəaliyyətinə görə Gəncə Təhsil İdarəsi tərəfindən “Fəxri Fərman” ilə təltif olunması, 2022-ci ildə Müəllimlərin Sertifikasiya İmtahanında 58 bal toplaması və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən “Təşəkkürnamə” ilə qiymətləndirilməsi yer alır. 2023-cü ildə isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.