Ayşən Rüstəmova- 2012-ci ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisasına qəbul olub və 2016-cı ildə həmin ixtisas üzrə ali təhsilini uğurla başa vurub. Elə həmin il Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında yüksək nəticə göstərərək Şəmkir rayonu Füzuli kənd tam orta məktəbində coğrafiya müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb.
2017-ci ildə yenidən MİQ imtahanında iştirak edərək Gəncə şəhəri Şah İsmayıl Xətai adına 13 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi vəzifəsinə təyin olunub. 2023-cü ildən etibarən STEAM istiqamətində ixtisaslaşaraq həmin məktəbdə STEAM müəllimi kimi də tədris aparır.
2023–2024-cü tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi tərəfindən təşkil olunan “Məktəb liderliyi” proqramında iştirak edib və proqramdan “Uğur” diplomu ilə məzun olub. 2024–2025-ci illərdə Azərbaycan Respublikasının Təhsil İnstitutunda beynəlxalq qiymətləndirmə tədqiqatları üzrə qiymətləndirmə metodisti kimi fəaliyyət göstərib və Gəncə şəhərinin bir sıra məktəblərində mentorluq edib. 2025-ci ilin sentyabr ayından etibarən Gəncə şəhəri 12 nömrəli tam orta məktəbdə metodist vəzifəsində çalışır. Hal-hazırda Gəncə şəhəri 12 nömrəli tam orta məktəbdə metodist, eyni zamanda Ş. İ. Xətai adına 13 nömrəli tam orta məktəbdə coğrafiya və STEAM müəllimi kimi fəaliyyət göstərir.
Peşə fəaliyyəti dövründə bir sıra milli və beynəlxalq səviyyəli peşəkar inkişaf proqramlarında iştirak edib. Xüsusilə ARTİ və Avstraliyanın Təhsil Tədqiqatları Şurasının (ACER) əməkdaşlığı çərçivəsində səriştə əsaslı qiymətləndirmə üzrə təlimlərdə iştirak edib. Sinqapurun Marshall Cavendish Education şirkəti ilə birgə keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatları təlimlərini uğurla tamamlayıb. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzi tərəfindən təşkil olunan “Microsoft Sertifikatlı Pedaqoq” (MCE) proqramını bitirib.
Şagirdlərin STEAM bacarıqlarının inkişafı sahəsində əldə etdiyi nəticələr xüsusi əhəmiyyət kəsb edir.