İlhamə Rüstəmova- 30 dekabr 1978-ci ildə Şəmkir şəhərində anadan olub. Orta təhsilini Şəmkir şəhərindəki M. Füzuli adına orta məktəbdə alıb.
Ali təhsilini Bakı Dövlət Universitetinin Biologiya fakültəsində davam etdirib və universiteti uğurla bitirib. Bitirdiyi ildən etibarən müəllimlik fəaliyyətinə başlayıb və uzun illərdir bu sahədə çalışır. Hazırda Gəncə şəhər 14 nömrəli tam orta məktəbdə və Gəncə şəhər Humanitar və Təbiət Fənləri Təmayüllü Liseydə biologiya müəllimi kimi fəaliyyət göstərir.
Fəaliyyət göstərdiyi illər ərzində Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş müxtəlif təlimlərdə və seminarlarda iştirak edib, yüksək dərəcəli sertifikatlarla təltif olunub. O cümlədən “Təhsildə innovativ texnologiyalar”, “Z-dən A-ya: Yeni nəslin idarə olunması”, “Kurikulumun tədrisdə tətbiqi” və “Öyrədənlərin öyrədilməsi” proqramları çərçivəsində öyrədən statusuna layiq görülüb.
Ən böyük uğurlarından biri Elm və Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla mükafatlandırılmasıdır. Yetişdirdiyi şagirdlər müxtəlif universitetlərdə təhsil almış və hazırda ölkəmizin inkişafına töhfə verən fəal və məsuliyyətli vətəndaşlar kimi fəaliyyət göstərirlər.