Humay Quliyeva- 28 mart 1994-cü ildə Astara rayonunda anadan olub. 647 balla Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinə qəbul olub və bakalavr, magistr təhsili alıb. 2019-cu ildə MİQ imtahanında respublika birincisi olub.
O, Rfo və Rfm nailiyyəti ilə seçilən şagirdlər yetişdirib. Riyaziyyat fənnini şagirdlərə sadə, anlaşılan və vizual üsullarla öyrətməklə yanaşı, şagirdlərin məntiqi təfəkkür və problem həll etmə bacarıqlarının inkişafına xüsusi diqqət yetirir. Müasir təlim metodlarını, o cümlədən oyun əsaslı öyrənmə, mərhələli izah və praktik tapşırıqların effektiv tətbiqini tədris prosesinə daxil edib.
Zəif nəticə göstərən şagirdlərlə fərdi yanaşma nəticəsində onların akademik irəliləyişini təmin edir, valideyn–müəllim–şagird əməkdaşlığını düzgün qurur və tədris prosesində motivasiyaedici mühit yaradaraq şagirdlərin marağını artırır.
Dəfələrlə peşəkar inkişaf təlimlərində iştirak edib (olimpiada mərkəzinin müəllimi kimi), eyni zamanda “Güvən” nəşrlərində redaktor və OTK-nın marker müəllimi kimi fəaliyyət göstərir.