Göyçək Namazova-1965-ci il yanvarın 27-də Xanlar (indiki Göygöl) rayonunun Balçılı kəndində anadan olub. 1981-ci ildə orta məktəbi fərqlənmə attestatı ilə bitirib və həmin il KDPİ (indiki Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyat fakültəsinə daxil olub. 1985-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib və pedaqoji fəaliyyətə başlayıb. İşlədiyi müddətdə bir çox uğurlar əldə edib.
01.09.1991-ci ildə “Metodist müəllim” adına layiq görülüb. Qabaqcıl təcrübəsi GMTİ tərəfindən öyrənilib və yayılıb. Şəxsi yaradıcılığı ilə yanaşı, qəzet və jurnallarda metodiki yazılarla çıxış edib. Təhsil sahəsində əldə etdiyi uğurlara görə 2001-ci ildə Təhsil Nazirliyinin I dərəcəli diplomu ilə təltif olunub, 2005-ci ildə isə Prezidentin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2008-ci il tarixli sərəncamı ilə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub. Şagirdləri 15 dəfə müxtəlif illərdə Ulu Öndərlə bağlı inşa müsabiqəsinin respublika mərhələsinin qalibi olublar. Bir şagirdi müəllifi olduğu “Əziz Şuşa sən azadsan” şeiri ilə respublika ikincisi olub.
Şagirdləri ölkədaxili və xarici universitetləri bitirərək xalqımıza ləyaqətlə xidmət edirlər.