Əsədova Məhluqə Salih qızı 1968-ci ildə Ağdaş rayonunun Aralbir kəndində anadan olub. 1986-cı ildə orta məktəbi bitirib və həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya və əlavə Biologiya fakültəsinə daxil olub. 1991-ci ildə ali təhsilini başa vurub.
1991-ci ildən etibarən Neftçala rayonunun Xıllı qəsəbəsində Rafiq Gözəlov adına 1 saylı tam orta məktəbdə ixtisası üzrə müəllim kimi fəaliyyət göstərir.
Fəaliyyəti dövründə daim yeniliyə açıq olub, peşəkar inkişafına xüsusi önəm verib. Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan bir neçə ixtisasartırma kursunda iştirak edib və müxtəlif sertifikatlara layiq görülüb.