Rufanə Namazlı 1993-cü il fevralın 20-də Tovuz rayonu Düz Qırıqlı kəndində anadan olmuşdur. O, 2011–2015-ci illərdə Gəncə Dövlət Universitetində coğrafiya müəllimliyi ixtisası üzrə təhsil almışdır. 2019-cu ildə MİQ imtahanında uğur qazanaraq Tovuz rayon Göyəbaxan kənd ümumi orta məktəbində müəllim təyin olunmuşdur.
2022-ci ildə Təbiət fənninin tədrisi təlimində iştirak etmiş və 30 baldan 27 bal toplamışdır. 2025-ci ildə müəllimlərin sertifikatlaşdırma imtahanında test mərhələsində 58/60, müsahibə mərhələsində isə 37/40 bal əldə etmişdir. Həmin il MİQ imtahanında 72/100 bal toplayaraq Tovuz rayon Habil Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta məktəbinə təyin olunmuşdur. Eyni zamanda 2025-ci ildə İKT təlimində iştirak edərək 91/100 bal toplamışdır.
Hazırda Rufanə Namazlı həmin məktəbdə coğrafiya fənnini tədris edir. O, dərslərində şagirdyönümlü yanaşmanı əsas tutur, interaktiv üsullardan, rəqəmsal resurslardan və vizual materiallardan istifadə edərək dərsləri maraqlı və anlaşılan edir. Həmçinin dərslərin videoizahını internetə yerləşdirərək şagirdlərin öz vaxtlarında yenidən dinləməsi üçün şərait yaradır.
Rufanə xanım fənn bilikləri ilə yanaşı, şagirdlərin tənqidi düşünmə, araşdırma və ünsiyyət bacarıqlarının inkişafına xüsusi diqqət yetirir. O, daim öz üzərində işləyir, seminar, təlim və vebinarlarda iştirak edərək peşəkar bacarıqlarını təkmilləşdirir.