Aytac İsgəndərli 1994-cü il mayın 15-də anadan olub. O, Gəncə Dövlət Universitetində bakalavr təhsilini Tarix və Coğrafiya ixtisası üzrə, magistr təhsilini isə İbtidai sinifdə tədrisin metodika və metodologiyası ixtisası üzrə alıb.
2018-ci ildən pedoqoji fəaliyyətə başlayaraq Şəmkir şəhəri 1 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi kimi çalışıb, 2020–2021-ci tədris ilində isə Cahangir Rüstəmov adına tam orta məktəbdə STEAM müəllimi olub. Hal-hazırda pedoqoji stajı 7 il 3 aydır.
Aytac İsgəndərli bir sıra nailiyyətlərə malikdir. 2019-cu ildə Təhsil Nazirliyi tərəfindən Respublika “Pedaqoji Mühazirələr”inin nəticələrinə görə “Tərifnamə” ilə təltif olunub, 2020-ci ildə “STEAM Azerbaijan” layihəsi çərçivəsində layihə əsaslı öyrənmə və kodlaşdırma, 3D CAD modelləşdirmə üzrə təlimləri uğurla başa vuraraq sertifikat alıb. 2021-ci ildə Təhsildə İnnovatif Texnologiyalar Əlavə Təhsil Mərkəzində ixtisasartırma təliminə qatılıb və sertifikat əldə edib. Həmçinin “Master - 2-ci dərəcə” Asan könüllüləri və Global Career Institute tərəfindən İngilis dili təlim kursunu müvəffəqiyyətlə tamamlayıb. 2023-cü ildə Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən “Fəxri Fərman”la təltif olunub. Müəllimlərin sertifikasiya imtahanında isə 49 bal toplayıb.
Hazırda Şəmkir şəhər 1 nömrəli tam orta məktəbin Coğrafiya müəllimidir.
Aytac İsgəndərli şagirdlərdə maraq və fəallıq yaratmaq, müasir təlim metodlarını dərslərində tətbiq etmək və innovativ yanaşmaları davamlı şəkildə inkişaf etdirməkdə fəal pedaqoq kimi tanınır.