Validə Məmmədli 1993-cü il mayın 20-də anadan olmuşdur. O, bakalavr təhsilini Gəncə Dövlət Universitetində fizika müəllimliyi ixtisası üzrə, magistr təhsilini Bakı Pedoqoji Universitetində fizikanın tədrisi metodologiyası üzrə, eləcə də ADA Universitetində Təhsil İdarəetməsi üzrə tamamlamışdır. Doktorantura təhsilini Gəncə Dövlət Universitetində diferensial tənliklər ixtisası üzrə davam etdirir.
O, 12 illik pedaqoji təcrübəyə malikdir. Karyerasına 2013-cü ildə Şəmkir rayonu Zəyəm Cırdaxan kənd tam orta məktəbdə fizika müəllimi kimi başlamış, 2014-cü ildə Şəmkir rayonu İrmaşlı kənd 2 nömrəli, 2015-ci ildən isə Düyərli kənd 2 nömrəli tam orta məktəbdə fəaliyyətini davam etdirmişdir.
Validə Məmmədli müxtəlif uğurlara imza atmışdır: 2024-cü ildə “Bir gəncin manifesti” layihəsi çərçivəsində ABŞ-ın Corc Vaşinqton Universitetində təcrübə keçmiş, eyni ildən ARTİ-də qiymətləndirmə metodisti kimi çalışmış, 2025-ci ildən isə Müasir metodist kimi fəaliyyət göstərir. O, Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 39 məktəbin Cerebry, Bilbacar və PİSA layihələrində koordinator və müəllimlərin Peşəkar İnkişaf Mərkəzinin təlimçisidir. 2024-cü ildə Qazax-Tovuz RTİ tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmuş və sertifikasiya imtahanında 55 bal toplamışdır.
Şagirdləri də uğurlar əldə etmişdir. 2024-cü ildə RFM-də şagirdi İbrahimova Aylin finala qədər yüksəlmiş, 2025-ci ildə Bayramova Sevinc “Sabahın alimləri” müsabiqəsində 5-ci yer tutmuşdur.