Samirə Məsimova Gəncə Dövlət Universitetinin Biologiya fakültəsinin məzunu, Şəmkir rayon Kimya-Biologiya təmayüllü liseydə müəllim işləyir. Şagirdləri respublika səviyyəli fənn olimpiadalarında uğurlar qazanıb: ötən il bir şagirdi qızıl medal, bu il bir şagirdi bürünc medal əldə edib. Bundan əlavə, digər şagirdləri biologiya fənni üzrə respublika fənn müsabiqələrində gümüş və bürünc medallara layiq görülüb.
Sertifikasiyanın test imtahanı mərhələsindən 60 bal toplayıb.