Səfərova Ülkər Sabir qızı 1985-ci ildə Gədəbəy rayonunda anadan olub. Orta təhsilini İ. Əliyev adına 1 nömrəli tam orta məktəbdə alıb və 2002-ci ildə məktəbi bitirib. Eyni ildə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına qəbul olub və 2006-cı ildə ibtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə ali təhsilini başa vurub. Daha sonra ikinci ali təhsilini Aqrar Sənaye Universitetində tamamlayıb.
Hazırda İ. Əliyev adına 1 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. O, şagirdlərin yalnız bilik əldə etməsini deyil, həm də vətənpərvərlik ruhunda, düzgün davranış və əxlaqi dəyərlərə sahib olmalarını təmin etməyə çalışır. Müəllim şagirdlərin fərdi bacarıqlarını kəşf etmək və inkişaf etdirməkdə xüsusi diqqət yetirir.
Pedaqoji fəaliyyətində o, 2016-cı ildə müəllimlərin diaqnostik qiymətləndirmə imtahanından 46 bal, 2023-cü ildə keçirilən sertifikasiya imtahanından isə 54 bal toplamışdır. Eyni zamanda peşəkar bacarıqlarını artırmaq məqsədilə Kurikulum, Sinifin idarə edilməsi və təşkili, Rəqəmsal bacarıqlar və STEAM təlimlərində iştirak edib.