Səbinə Həsənova 23 fevral 1983-cü ildə anadan olub. Təhsilini Azərbaycan Müəllimlər İnstitutu, Qazax filialında ibtidai təhsilin pedaqogika və metodikası üzrə tamamlayıb. Peşəkar fəaliyyətinə 2004-cü ildən Ağstafa rayon Ə.Hüseynov adına 1 saylı tam orta məktəbdə başlayıb və həmin məktəbdə çalışır.
Müəllimlik fəaliyyətində göstərdiyi yüksək səmərə və fənnə olan bağlılığı nəticəsində Səbinə Həsənova 2022-ci ildə Elm və Təhsil naziri Emin Əmrullayev tərəfindən “Fəxri Fərman”la təltif olunub.
Onun şagird yönümlü tədrisi nəticəsində şagirdləri də yüksək nailiyyətlər əldə edib. 2022-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən monitorinqdə sinfi rayon üzrə yüksək nəticə qazanıb. 2025-ci ildə isə Ağstafa rayon Təhsil Sektoru tərəfindən təşkil olunmuş monitorinqdə 4-cü “d” sinfi rayon üzrə ən yüksək nəticə əldə edib.