Gözəl Rzayeva Gəncə Dövlət Universitetində tarix və coğrafiya müəllimliyi üzrə təhsil alıb. Peşəkar fəaliyyətinə 2020-2021-ci illərdə Tovuz rayonu Qovlar 1 nömrəli tam orta məktəbdə başlayıb. Daha sonra 2021-2022-ci illərdə Tovuz rayonu İsmayıl Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində çalışıb. 2022-ci ildən etibarən Ağstafa rayonu Sirac Əliyev adına Qırılı kənd tam orta məktəbində şagirdlərlə işləyir.
Müəllimlik fəaliyyətində göstərdiyi yüksək səmərə və peşəkarlığa görə Gözəl Rzayeva 2025-ci ildə Təhsil naziri Emin Əmrullayev tərəfindən “Fəxri Fərman”la təltif olunub. Bundan əlavə, Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən 2024 və 2025-ci illərdə “Təşəkkürnamə”, Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən 2025-ci ildə “Fəxri Fərman”, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən isə 2025-ci ildə “Təşəkkürnamə” almışdır.
Gözəl Rzayevanın şagird yönümlü fəaliyyəti nəticəsində onun rəhbərliyi altında bir çox şagird nailiyyətlər əldə edib. Məsələn, 2024-cü ildə şagirdi Nihad Allahverdiyev coğrafiya fənni üzrə RFO-da qızıl medal qazanıb. 2025-ci ildə isə iki şagirdi – Nihad Allahverdiyev və Nihat İsmayılzadə müvafiq olaraq gümüş və bürünc medallara layiq görülüb.