Yüzbəyov Nürəddin Bahaddin oğlu Qusar rayonu Kərim Kərimov adına Hil kənd 1 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi kimi fəaliyyət göstərir. Pedaqoji fəaliyyətinə 2017-ci ildə başlayıb və artıq 8 ildən çoxdur ki, şagirdlərinin inkişafı və uğurları üçün çalışır.
2025-ci ildə müəllimlərin sertifikatlaşdırma imtahanında test mərhələsində 57 bal, müsahibə mərhələsində 38 bal olmaqla ümumilikdə 95 bal toplayıb. Həmçinin MİQ imtahanında 92 bal nəticə göstərib.
Fəaliyyəti dövründə ən böyük nailiyyətlərindən biri şagirdinin Respublika Fənn Olimpiadasında coğrafiya fənni üzrə I yer tutaraq qızıl medal qazanmasıdır.