Məmmədova Jalə Araz qızı 2 iyul 2000-ci ildə anadan olub. 2018–2022-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə bakalavriat təhsili alıb və Dövlət Sifarişi əsasında 556 bal toplamaqla məzun olub.
Pedaqoji fəaliyyətinə 2022–2023-cü tədris ilində Talabıqışlaq kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlayıb. 2023-cü ildən etibarən Alıcqışlaq kənd tam orta məktəbində həmin ixtisas üzrə müəllim kimi fəaliyyətini davam etdirir.
Təhsil aldığı illərdə və pedaqoji fəaliyyəti dövründə bir neçə dəfə Bakı və Quba şəhərlərində keçirilən şeir və inşa müsabiqələrinin qalibi olub. 2023-cü ildə keçirilən Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında region üzrə II yeri tutub. 2024–2025-ci tədris ilində hazırladığı iki şagird Respublika Fənn Olimpiadalarının (RFO) növbəti turuna vəsiqə qazanıb.
Talabıqışlaq kəndində fəaliyyət göstərdiyi dövrdə şagirdi Atayeva Şükran RFO-nun I mərhələsini uğurla keçib və buraxılış imtahanında mümkün 100 baldan 100 bal toplayıb. Alıcqışlaq kəndində dərs dediyi müddətdə isə şagirdləri buraxılış fənn nəticələrinə görə region üzrə öncül məktəblər sırasında yer alıb.
2023-cü il 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Təhsil İdarəsi tərəfindən keçirilən tədbirdə tək çıxış edən müəllim kimi iştirak edib. Hazırladığı maarifləndirici videolar “Azərbaycan müəllimi” qəzetində iki dəfə paylaşılıb. Həmçinin Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan Xudat Parkının təntənəli açılış tədbirində aparıcı qismində çıxış edib.
2025–2026-cı illərdə ictimai fəaliyyətdə göstərdiyi fəallığa görə ETİHİ Xalq Komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunub.