Kazımzadə Həmid Nadir oğlu 24 mart 1999-cu ildə anadan olub. 2020-ci ildə Bakı Dövlət Universitetinin kimya müəllimliyi ixtisası üzrə bakalavr təhsilini başa vurub. 2023-cü ildə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi ixtisası üzrə magistratura təhsilini bitirib. Hazırda Türkiyənin Gümüşhane Universitetində kimya ixtisası üzrə doktorantura təhsilini davam etdirir.
Pedaqoji fəaliyyətinə 2020–2021-ci tədris ilində Xaçmaz rayonu Nazim İsayev adına Yeni Həyat qəsəbə tam orta məktəbində kimya müəllimi kimi başlayıb. 2021-ci ildən etibarən Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbdə kimya və STEAM müəllimi kimi fəaliyyət göstərir.
Peşəkar fəaliyyəti dövründə bir sıra uğurlara imza atıb. 2024-cü ildə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının təşkilatçılığı ilə keçirilən Rəqəmsal İdeya Müsabiqəsində respublika üzrə I yerin qalibi olub. 2025-ci ildə isə Beynəlxalq STEAM Azərbaycan Festivalında mentor kimi iştirak edərək III yerə (bürünc medal) layiq görülüb.
Bundan əlavə, rayon və regional səviyyədə keçirilən müxtəlif intellektual yarışmaların qalibi olub. 2021-ci ildə MİQ imtahanında mümkün 60 baldan 52 bal toplayıb. Fəaliyyəti dövründə şagirdləri müxtəlif ali təhsil müəssisələrinə yüksək ballarla qəbul olunub və bilik yarışlarında uğurlu nəticələr əldə ediblər.