Laçınov Fariz Nihat oğlu 13 illik pedaqoji staja malikdir. O, hazırda Qusar rayonu S. Hacıyev adına 5 saylı tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərir. Təhsilverənlərin sertifikatlaşdırılması prosesində 54 bal toplayıb.
Pedaqoji fəaliyyəti dövründə buraxılış imtahanlarının nəticələrinin yüksək olması, şagirdlərinin olimpiadalarda imtahan turlarını uğurla keçməsi ilə fərqlənib. Eyni zamanda sertifikasiyaya hazırlıq məqsədilə təşkil olunmuş təlimlərdə təlimçi kimi iştirak edib.
2022-ci ildə Quba–Xaçmaz Regional Təhsil İdarəsinin, 2025-ci ildə isə Elm və Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif olunub. Ali təhsilini bakalavr pilləsi üzrə Azərbaycan Müəllimlər İnstitutunda, magistratura pilləsi üzrə isə Azərbaycan Dövlət Pedaqoji Universitetində başa vurub.