Aygül Orucova Şabran şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat və informatika müəllimidir. 2019-cu ildə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında 51 bal toplayaraq pedaqoji fəaliyyətə başlayıb. 2023-cü ildə ilk dəfə keçirilən Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı imtahanında iştirak edərək Şabran şəhər 5 nömrəli tam orta məktəbinə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin olunub. 2024-cü ildən etibarən həmin məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirir.
2020–2024-cü illərdə Şabran rayon PTPK-nın katibi vəzifəsini icra edib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Pİ (Peşəkar İdarəçi) müsabiqəsində iştirak edərək yüksək nəticə göstərib. Eyni dövrdə Şabran Rayon Təhsil Sektoru tərəfindən müəllimlərin sertifikasiya imtahanlarına hazırlıq məqsədilə təşkil olunan təlimlərdə riyaziyyat, metodika və informatika üzrə könüllü təlimçi kimi fəaliyyət göstərib.
Pedaqoji fəaliyyəti dövründə şagirdləri STEAM sahəsində də uğurlar qazanıblar. Belə ki, şagirdləri SAF 2023 festivalında “Flytech” kateqoriyası üzrə gümüş medal qazanıb, SAF 2024 və SAF 2025 festivallarında isə müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüblər.
2025-ci ildə müəllimlərin sertifikasiya imtahanında iştirak edərək test mərhələsində 58 bal, müsahibə mərhələsində 40 bal olmaqla ümumilikdə 98 bal toplayıb. Fəaliyyəti dövründə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Quba-Xaçmaz Regional Təhsil İdarəsi, Şabran Bələdiyyəsi və Şabran şəhər 5 nömrəli tam orta məktəbinin rəhbərliyi tərəfindən Fəxri fərmanlarla təltif olunub.