Həsənova Lətafət İsrafil qızı 1984-cü ildə Şabran şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil alıb. 22 illik pedaqoji staja malikdir və hazırda Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir.
Keçirilən diaqnostik qiymətləndirmədə 54 bal, sertifikasiya imtahanının test mərhələsində 50 bal, müsahibə mərhələsində isə 40 bal toplayıb. Uzunmüddətli pedaqoji fəaliyyəti dövründə dərs dediyi 9 və 11-ci sinif şagirdləri buraxılış imtahanlarında yüksək, hətta bəzi illərdə 100 faizlik nəticə göstəriblər.
2018-ci ildə şagirdi Hüseynova Lamiyə “Ədəbiyyat biliciləri” müsabiqəsində respublika birincisi olaraq qızıl medala layiq görülüb. 2019-cu ildə isə şagirdi Mikayılov Fuad Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Azərbaycan Respublika Fənn Olimpiadasının finalçısı olub. Bundan başqa, bir çox şagirdləri müxtəlif müsabiqələrdə mükafatlar qazanıblar.
Şagirdlərinin nailiyyətləri və müəllimin pedaqoji fəaliyyəti dəfələrlə məktəb rəhbərliyi, Şabran şəhər Təhsil Sektoru, Şabran şəhər İcra Hakimiyyətinin başçısı, həmçinin 2023-cü ildə Azərbaycan Respublikasının Elm və Təhsil naziri cənab Emin Əmrullayev tərəfindən yüksək qiymətləndirilib.