Ələskərova Leyla Əbülfət qızı 31 yanvar 1995-ci ildə Quba rayonunun Ağbil kəndində anadan olub. 2012–2016-cı illərdə Bakı Dövlət Universitetində fizika müəllimliyi ixtisası üzrə ali təhsil alıb. Ali məktəbi bitirdiyi ildə Quba rayonunun Aşağı Atuc kənd tam orta məktəbində pedaqoji fəaliyyətinə başlayıb.
2017-ci ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsində uğurlu nəticə göstərərək 49 bal toplayıb və hazırda çalışdığı Quba rayonu İkinci Nügədi kənd Oktay Məmmədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində fizika müəllimi kimi işə başlayıb. 2025-ci ildə keçirilən sertifikasiya imtahanında 54 bal toplayıb.
Pedaqoji fəaliyyəti dövründə şagirdlərini Respublika Fənn Müsabiqələrinə (RFM) və Respublika Fənn Olimpiadalarına (RFO) hazırlayır. 2025-ci ildə hazırladığı şagirdlər RFM-in birinci mərhələsini uğurla keçərək ikinci mərhələyə vəsiqə qazanıblar.