Zeynəddinov Elmar Hikmət oğlu 1983-cü il sentyabrın 9-da Quba rayonu Susayqışlaq kəndində anadan olub. İlk təhsilini 1989–2000-ci illərdə Quba şəhər Hikmət Hüseynov adına Humanitar fənlər təmayüllü məktəb-liseydə alıb. 2001–2005-ci illərdə Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsində bakalavriat təhsilini başa vurub.
Hərbi xidmətdən sonra təyinatla Quba rayon Əfqan İdrisov adına Möhüc kənd tam orta məktəbində əmək fəaliyyətinə başlayıb. 2009–2010-cu tədris ilindən Quba şəhər Mehrab Niftəliyev adına Texniki fənlər təmayüllü liseyin Coğrafiya müəllimi kimi fəaliyyətini davam etdirir.
2016-cı il yanvarın 25-də Quba Rayon İcra Hakimiyyətinin başçısının əmri ilə rayon Gənclər Şurasının katibi, daha sonra sədri vəzifəsində çalışıb. Fəaliyyəti dövründə Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev tərəfindən 5 oktyabr 2021-ci ildə Fəxri Fərmanla, 26 sentyabr 2025-ci ildə isə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Həmçinin fəaliyyətinə görə rayon icra hakimiyyəti, rayon bələdiyyəsi, Yeni Azərbaycan Partiyasının sədri, regional təhsil idarəsi və işlədiyi təhsil müəssisələrinin rəhbərləri tərəfindən müxtəlif təltiflərlə qiymətləndirilib.
Hal-hazırda Zeynəddinov Elmar Hikmət oğlu Quba şəhər Mehrab Niftəliyev adına Texniki fənlər təmayüllü liseydə və Elm və Təhsil Nazirliyi tərəfindən regionlarda yaradılan pilot məktəblər layihəsi çərçivəsində Quba şəhər Tələt Mikayılov adına tam orta məktəbdə Coğrafiya müəllimi kimi fəaliyyət göstərir. 2019–2024-cü tədris illərində rəhbərlik etdiyi dərslər nəticəsində şagirdləri Respublika fənn olimpiadalarının qalibləri olub.