Mirzəyeva Firuzə Astara rayonu Şahin Əliyev adına Rüdəkənar məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir.
O, peşəkar inkişaf məqsədilə yerli və beynəlxalq səviyyəli müxtəlif forum, təlim və layihələrdə fəal iştirak edib. Firuzə Mirzəyeva Azərbaycan Gənclərinin I və II forumlarının, həmçinin Network qlobal şəbəkəsi çərçivəsində keçirilən iki beynəlxalq forumun iştirakçısı olub.
Müəllim Yeni işə qəbul olunmuş gənc müəllimlərlə Adaptasiya Proqramı, Təhsil layihələrinin idarə edilməsi təlimində iştirak edib. Eyni zamanda Təhsil Təlimçilər Məktəbi–4 proqramını uğurla başa vuraraq təlimçi sertifikatı əldə edib. O, həmçinin “Gələcəyin müəllimləri” layihəsinin iştirakçısı olub.
Firuzə Mirzəyeva ABŞ Beynəlxalq Agentliyi tərəfindən maliyyələşdirilən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin iştirakı ilə həyata keçirilən “Şəffaflıq naminə vətəndaş cəmiyyəti” layihəsi çərçivəsində korrupsiya ilə mübarizə və etik davranış qaydaları mövzusunda keçirilən təlimlərdə iştirak edib.
O, Yay məktəblərinin təşkilində fəal fəaliyyətinə görə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən təltif olunub. Təhsilin inkişafında səmərəli fəaliyyətinə görə “Fəal pedaqoq” Media mükafatına layiq görülüb.
Bundan əlavə, müəllim STEAM, Veb Kodex, kompüter və kurikulum üzrə təlim və kurslarda iştirak edib. Pedaqoji fəaliyyətinə görə Astara Rayon Təhsil Şöbəsinin fəxri fərmanı ilə təltif olunub.