Səfərova Günel Bəxtiyar qızı Lənkəran rayonunun Vilvan kəndində anadan olub. Tam orta təhsilini Ə. Hüseynov adına Vilvan kənd orta məktəbində alıb. Ali təhsilini ibtidai sinif müəllimi ixtisası üzrə başa vurub və hazırda Lənkəran rayon Ədalət Hüseynov adına Vilvan kənd tam orta ümumtəhsil məktəbi müəllim kimi pedaqoji fəaliyyət göstərir.
O, Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən diaqnostik və sertifikasiya imtahanlarında uğurla iştirak edərək müvafiq nəticələr əldə edib. Peşəkar inkişafına xüsusi önəm verən Günel Səfərova müxtəlif təlim və vebinarlarda iştirak edib, bu proseslərdə qazandığı biliklərə görə sertifikatlarla təltif olunub.
Pedaqoji fəaliyyəti dövründə qəbul etdiyi şagirdləri hər zaman yüksək nəticələrlə növbəti təhsil pilləsinə hazırlayıb. Hazırda tədris etdiyi sinfin şagirdləri aktivliyi və dərsə marağı ilə seçilir.
Günel Səfərova müəllimlik fəaliyyətini yalnız bir peşə deyil, cəmiyyətə xidmət və məsuliyyətli missiya kimi dəyərləndirir. Onun fikrincə, uğur təkcə yüksək qiymətlərlə deyil, eyni zamanda düzgün düşüncəyə, sağlam dəyərlərə malik şəxsiyyətlərin yetişdirilməsi ilə ölçülür.