Şəbnəm Cəfərli Lənkəran rayonu Bilal Əliyev adına Xolmili kənd tam orta məktəbin Biologiya müəllimidir.
O, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkil etdiyi “Müasir Müəllim Modeli: Rəqəmsal Dünyanın Gənc Müəllimləri” adlı təlimdə iştirak edərək proqramı uğurla tamamlayıb və sertifikatla təltif olunub. Təlimdə əldə etdiyi biliklər əsasında icmasında fəaliyyət göstərən təxminən 35 gənc müəllim üçün “PR strategiyalarının müəllimlər üçün əhəmiyyəti və müəllim imicinin ictimaiyyətə düzgün formada çatdırılması yolları” mövzusunda maarifləndirici təlim təşkil edib.
Şəbnəm Cəfərli AGMA-nın region koordinatorları üzrə müsabiqəsində uğurla iştirak edərək Lənkəran şəhəri üzrə koordinator kimi fəaliyyətə başlayıb. Eyni zamanda “Azərbaycan müəllimi” qəzetinin səfiri seçilib.
O, Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkil etdiyi Təbiət fənləri üzrə ixtisasartırma təlimində iştirak edib və yekun imtahanda yüksək nəticə göstərərək müvafiq sertifikatla təltif olunub.
2024-cü ildə AzEdu.az Təhsil Portalı və “Azərbaycan müəllimi” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən “İlin gənc müəllimi–2024” layihəsində iştirak edib və Top-50 müəllim arasında yer alıb.
Şəbnəm Cəfərli həmçinin AGMA-nın təşkil etdiyi “Təbiət fənləri müəllimlərinin inkişafı forumu”nda, eləcə də “Süni intellekt və təhsil” layihəsi və V Şəbəkələşmə Forumunda iştirak edərək sertifikatlarla təltif olunub.
Müəllim kimi fəaliyyət göstərdiyi məktəbdə şagirdlərin müxtəlif olimpiada və yarışlarda iştirakını mütəmadi olaraq təşkil edib. Xüsusilə “KINGS Azerbaijan” Olimpiadası və “Bebras” informatika və alqoritmik yarışları zamanı koordinator kimi fəaliyyət göstərib və bu işlərinə görə sertifikatlar alıb.
O, DOST Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən “Virtual Sosial Məktəb” mikrolayihəsində, eləcə də Təhsil Forumunun Müəllimlər Gününə həsr olunmuş tədbirində iştirak edib.
Bundan əlavə, çalışdığı məktəbdə bir neçə sosial və ekoloji yönümlü aksiya təşkil edib. Xüsusilə ağacəkmə aksiyası uğurla reallaşdırılan təşəbbüslərdən biri olub.
Şəbnəm Cəfərli həmçinin Elm və Təhsil Nazirliyinin müəllimlər üçün təşkil etdiyi VII qrant müsabiqəsinə öz layihə təklifi ilə müraciət edib.