Samir Quliyev Masallı rayonu S. Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbində riyaziyyat və informatika müəllimi kimi fəaliyyət göstərir. O, rayonda keçirilən müxtəlif ictimai və maarifləndirici tədbirlərdə fəal iştirakı ilə seçilir.
Samir Quliyev 9 aprel 2022-ci il tarixində AGMA tərəfindən təşkil olunan “Gənc müəllimlərin II şəbəkələşmə forumu”nda iştirak edib. Eyni zamanda məktəbdaxili müxtəlif tədbirlərin təşkili və keçirilməsində aktiv rol alıb.
Zəfər Günü münasibətilə müəllim və şagirdlərin iştirakı ilə hazırlanan fləşmob geniş maraqla qarşılanıb və tədbir iştirakçıları tərəfindən müsbət qiymətləndirilib.
Müəllim idmana da xüsusi maraq göstərib. O, yun-romа güləşi ilə məşğul olub və müxtəlif idman yarışlarında iştirak edib. 2011-ci ildə rayonda məktəblilər arasında keçirilən bilik yarışında qalib olub.
Samir Quliyev ali təhsil müəssisəsinə 420 balla qəbul olunub ki, bu da onun akademik hazırlıq səviyyəsinin göstəricisidir.
Sertifikasiyadan 52 bal toplayıb.