Əliyeva Xəyalə Nizami qız Təbiət riyaziyyat və humanitar fənnlər təmayüllü liseyinin informatika müəllimi.
Müəllimin pedaqoji fəaliyyəti dövründə şagirdlər respublika və beynəlxalq səviyyəli müsabiqə və festivallarda yüksək nəticələr əldə ediblər. 26 dekabr 2022-ci ildə “Kod saatı” qlobal hərəkatı çərçivəsində Elm və Təhsil Nazirliyinin “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə birgə IV–IX sinif şagirdləri üçün təşkil etdiyi “Kod saatı: rəqəmsal gələcəyə addım – 2022” respublika müsabiqəsində müəllimin hazırladığı Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin şagirdləri Əsgərli Zəhra Nail qızı və Abuşov İsmayıl Elçin oğlu respublika üzrə II yerə layiq görülüblər.
5–9 dekabr 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2022) müəllimin rəhbərlik etdiyi “Dual Power” komandası “Survivor” kateqoriyası üzrə I yer tutaraq qızıl medal qazanıb. Bundan əlavə, FIRST LEGO League yarışında müəllimin hazırladığı “Birlik” komandası Respublika çempionu olub.
Müəllimin uğurlu fəaliyyəti növbəti illərdə də davam edib. SAF 2023 və SAF 2024 festivallarında “VEX V5” kateqoriyası üzrə “Zəfər” komandası gümüş medala layiq görülüb, SAF 2024-də eyni zamanda “BEST OF THE BEST” nominasiyasının qalibi olub. SAF 2025 festivalında isə “Zəfər” komandası “VEX V5” kateqoriyası üzrə “AMAZE AWARD” nominasiyasını qazanıb.