Kərimova Günay Elman qızı 1982-ci ildə Mingəçevir şəhərində anadan olub. 1989–1999-cu illərdə orta təhsil alıb. 1999-cu ildə Gəncə Dövlət Universitetinin Biologiya fakültəsinə qəbul olunub və 2003-cü ildə ali təhsilini başa vurub.
Elə həmin ildən Mingəçevir şəhər 17 nömrəli tam orta məktəbdə biologiya müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 2023-cü ildən etibarən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayevin keçirdiyi müsahibə əsasında Mingəçevir şəhər 16 nömrəli tam orta məktəbin lisey siniflərində dərs deyir.
20 ildən artıq pedaqoji fəaliyyəti dövründə şagirdləri ilə birlikdə mühüm nailiyyətlər əldə edib. 2020-ci ildən bu günədək şagirdləri Respublika Fənn Müsabiqələrində və Respublika Fənn Olimpiadalarında yüksək nəticələr göstəriblər. Bu uğurlara görə 5 oktyabr 2021-ci ildə – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil Naziri cənab Emin Əmrullayev tərəfindən Fəxri Fərmanla təltif olunub. 4 oktyabr 2022-ci il tarixli, 3503 nömrəli Sərəncama əsasən isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.
Bundan əlavə, olimpiada nəticələrinə və diaqnostik qiymətləndirmədə 57 bal (40+17) toplamasına görə Mingəçevir şəhər Təhsil Sektoru tərəfindən fəxri fərmanlarla mükafatlandırılıb. Sertifikasiya imtahanının test mərhələsində 55 bal toplayıb. Onun peşəkarlığı, təhsilə verdiyi yüksək dəyər və davamlı inkişaf istəyi pedaqoji fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.