Musayeva Gülxanım Kamal qızı 2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-biologiya fakültəsinin biologiya müəllimliyi ixtisasını bitirmişdir.
1997-ci ildən etibarən Yevlax şəhəri Nizami adına 7 nömrəli tam orta məktəbdə biologiya müəllimi kimi fəaliyyətə başlamışdır. Fəaliyyəti dövründə səmərəli işinə görə Təhsil şöbəsi, Həmkarlar İttifaqı və İcra Hakimiyyəti tərəfindən müxtəlif vaxtlarda təşəkkürnamə və fəxri fərmanlarla təltif olunmuşdur.
Pedaqoji fəaliyyəti dövründə şagirdləri müsabiqə və olimpiadalarda müxtəlif mərhələlər üzrə uğurlu nəticələr göstərmişdir. 2024–2025-ci tədris ilində VIII sinif şagirdi Cəfərli Qərənfil Həsən qızı Respublika Fənn Olimpiadasında (RFO) II yerə layiq görülmüş (gümüş medal), VII sinif şagirdi Musalı Nərgiz Cavid qızı isə Respublika Fənn Müsabiqəsində (RFM) III yerə layiq görülmüşdür (bürünc medal).
2025-ci ildə Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif edilmişdir.