Dürdanə Kərimova 1989-cu ildə Mingəçevir şəhərində anadan olub. 2008–2012-ci illərdə Lənkəran Dövlət Universitetinin “İngilis dili və ədəbiyyat” ixtisasını, 2023–2024-cü illərdə isə ABŞ-ın Şimali Karolina Dövlət Universitetində “İngilis dilinin tədrisi” proqramını fərqlənmə ilə bitirib.
2013-cü ildən müəllimlərin işə qəbul imtahanında yüksək nəticə göstərərək pedaqoji fəaliyyətinə başlayıb. 2024-cü ildə sertifikasiya imtahanında ümumi 56 bal toplayıb və ixtisas balında yüz faiz düzgün nəticə göstərib.
2025-ci ilin dekabr ayından Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) Mingəçevir şəhəri üzrə koordinatoru kimi fəaliyyət göstərir. British Council-in təlimlərində yüksək nəticələr göstərdiyi üçün 2023-cü ildə Elm və Təhsil Nazirliyi və British Council tərəfindən təşkil olunan foruma rəsmi dəvət alıb. 2024-cü ildə “İngilis dilinin tədrisi” ixtisasartırma proqramını bitirib və ADA Universitetində keçirilən beynəlxalq konfransda təqdimatçı kimi iştirak edib.
Elm və Təhsil Nazirliyi və ABŞ səfirliyi tərəfindən həyata keçirilən “İngilis dilinin tədrisi” üzrə təlimlərdə dəfələrlə iştirak edib və fərqlənmə sertifikatları qazanıb. 2025-ci ildə “English Forward Azerbaijan” ixtisasartırma proqramını uğurla başa vuraraq ADA Universitetində keçirilən beynəlxalq konfransda sertifikatla təltif olunub.
Hal-hazırda Dürdanə Kərimova həm Azərbaycan müəllimi qəzetinin Mingəçevir şəhəri üzrə səfiri, həm də AGMA – Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Mingəçevir şəhəri üzrə koordinatoru kimi fəaliyyət göstərir.