İsmayılova Lamiyə 1995-ci il 25 fevral tarixində Ucar rayonu Qarabörk kəndində anadan olub. 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib. Həmin il Müəllimlərin İşə Qəbulu müsabiqəsində 49 bal (ixtisas üzrə 39 bal) toplayaraq Ucar rayonu Qaracallı kənd 1 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb.
2023-cü ildə keçirilən sertifikasiya imtahanında iştirak edərək 53 bal toplayıb. Fəaliyyəti dövründə “Müəllimlərin ünsiyyət bacarığı”, “Yaradıcı yazarlıq” və digər peşəkar inkişaf yönümlü çoxsaylı təlimlərdə iştirak edib. Pedaqoji fəaliyyəti ilə bağlı məqalələri “Müəllim ömrü” kitabında və “Mən birinciyəm” qəzetində dərc olunub.
2025-ci ildə 11-ci sinif buraxılış imtahanında şagirdi Veysəlova Banuçiçək Azərbaycan dili fənni üzrə 100 bal toplayıb. Həmin il 11-ci sinif buraxılış imtahanlarının nəticələrinə əsasən məktəb rayon üzrə 1-ci yeri tutub. Eyni zamanda 9-cu sinif buraxılış imtahanlarında da şagirdləri yüksək nəticələr göstərib.
2025-ci ildə Azərbaycan dili üzrə təkmilləşdirmə və 9-cu sinif buraxılış imtahanı tipində test toplusu kitabı nəşr olunub. Şagirdlərinin hər bir uğuru Lamiyə müəllim üçün əsas motivasiya mənbəyidir və o inanır ki, gələcək illərdə şagirdləri ilə birlikdə daha böyük nailiyyətlər əldə edəcəkdir.