Qocayeva Arzu Mahir qızı 1991-ci ildə Ağdaş rayonunun Zeynəddin kəndində ziyalı ailəsində anadan olub.
1997–2008-ci illərdə Ağdaş şəhər Nizami adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 2008-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub.
2010-cu ildən etibarən Ağdaş şəhər Nizami adına 2 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərir və 15 illik pedaqoji staja malikdir. Diaqnostik qiymətləndirmədə 58 bal, sertifikasiya imtahanında isə 57 bal toplayıb.
Pedaqoji fəaliyyəti dövründə nümunəvi dərslərin təşkilində fəal iştirak edib, Ağdaş Şəhər Təhsil Sektorunun həyata keçirdiyi “Ustad dərs” layihəsində uğurla iştirak edib. Şagirdləri Respublika Fənn Olimpiadalarında (RFO) və Respublika Fənn Müsabiqələrində (RFM) fəal iştirak edərək uğurlu nəticələr əldə ediblər. Həm buraxılış, həm də ali məktəblərə qəbul imtahanlarında dərs dediyi şagirdlər yüksək göstəriciləri ilə seçilirlər. 2025-ci ildə Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən fəxri fərmanla təltif edilib.