Cəfərova Lamiyə Tofiq qızı 29 iyul 1975-ci ildə Kürdəmir rayonunda müəllim ailəsində anadan olub. 1981-ci ildə Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olunub və həmin məktəbi 1991-ci ildə qızıl medalla bitirib.
1993-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinə daxil olub, 1997-ci ildə ali təhsilini başa vurub. Elə həmin ildən etibarən Kürdəmir şəhər Tofiq İsmayılov adına tam orta məktəbdə fizika müəllimi kimi pedaqoji fəaliyyət göstərir.
2011-ci ildə respublika səviyyəsində keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. 2013-cü ildə isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Hər iki nailiyyətinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən mükafatlandırılıb.