Qədir Məmmədov İsmayıllı rayonu İstisu kənd tam orta ümumtəhsil məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Sertifikasiya üzrə nəticəsi 54 bal təşkil edib. İbtidai sinif müəllimi kimi işlədiyi dövrdə tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərdə oxuyub-anlama bacarıqlarının, məntiqi düşünmənin və əsas kompetensiyaların formalaşdırılması istiqamətində sistemli və məqsədyönlü iş aparıb. Pedaqoji fəaliyyətində müasir təlim metodlarından istifadə edib, şagirdyönümlü yanaşmanı və davamlı peşəkar inkişaf prinsipini əsas götürüb.
Qədir Məmmədovun pedaqoji fəaliyyəti məktəb rəhbərliyi və aidiyyəti qurumlar tərəfindən yüksək qiymətləndirilib. Cəlilabad rayonu Əliqasımlı kənd tam orta ümumtəhsil məktəbində çalışdığı dövrdə məktəb rəhbərliyi tərəfindən Təşəkkürnamə ilə təltif edilib. 2023-cü ildə Karyera və Psixologiya Mərkəzi tərəfindən “İlin müəllimi” adına layiq görülüb. 2024-cü ildə isə İstisu kənd tam orta ümumtəhsil məktəbinin rəhbərliyi tərəfindən səmərəli pedaqoji fəaliyyətinə görə Təşəkkürnamə ilə mükafatlandırılıb.
Peşəkar inkişafını davam etdirmək məqsədilə “Müasir metodist” layihəsində fəal iştirak edib, layihə çərçivəsində məktəblərdə pedaqoji prosesin təşkili, dərsdinləmələrin aparılması və müəllimlərə konstruktiv, inkişafetdirici rəyin verilməsi sahəsində praktiki təcrübə qazanıb.
Hazırda İsmayıllı şəhər Natiq Behdiyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində metodist vəzifəsində çalışır və müəllimlərin peşəkarlığının artırılmasına, məktəbdaxili metodik işin keyfiyyətinin yüksəldilməsinə və sağlam pedaqoji mühitin formalaşdırılmasına yönəlmiş fəaliyyət göstərir.