Əlizadə Fatimə Vaqif qızı Şamaxı rayonunun Qaleybuğurd kənd tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində fəaliyyət göstərir.
Müəllimin MİQ üzrə nəticəsi 52 bal, pedaqoji stajı 3 ildir.
Fatimə Əlizadə ümumtəhsil məktəbində fəaliyyətə başlamazdan əvvəl müxtəlif özəl tədris kurslarında müəllim kimi çalışmış, peşəkar təcrübə toplamışdır.
Hazırda Şamaxı rayonunun ucqar kəndində yerləşən, rayon mərkəzindən təxminən 30 kilometr məsafədə olan təhsil müəssisəsində pedaqoji fəaliyyətini davam etdirir.
Müəllim tədris prosesinə yüksək məsuliyyətlə yanaşaraq, Bakı şəhərindən həftədə 2-3 gün məsafə qət etməklə dərslərini müntəzəm şəkildə təşkil edir və şagirdlərin təlim-tərbiyəsində fəal iştirak edir.