Bünyadova Zümrüd Mübariz qızı Qobustan rayonu, Göydərə kənd ümumi orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimidir.
Pedaqoji stajı 9 il, sertifikasiya balı 54-dür.
Zümrüd Bünyadova pedaqoji fəaliyyəti dövründə məktəbin ictimai həyatında fəal iştirakına, şagirdlərin təlim-tərbiyəsi sahəsində əldə olunan uğurlu nəticələrə görə Məktəb Rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.
Rayonun ictimai-siyasi həyatında fəal iştirakına və Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə YAP Qobustan Rayon Təşkilatı tərəfindən təltif edilmişdir.
Həmçinin səmərəli pedaqoji fəaliyyətinə görə Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən 5 Oktyabr – Müəllimlər Günü münasibətilə fəxri fərmanla mükafatlandırılmışdır (5 oktyabr 2023-cü il, Dağlıq Şirvan Regional Təhsil İdarəsi, Qobustan Rayon Təhsil Sektoru, Göydərə kənd ümumi orta məktəbi).
Pedaqoji fəaliyyəti dövründə rəhbərlik etdiyi şagirdlər arasında buraxılış imtahanlarında nəticə göstərənlər, eləcə də şeir və inşa müsabiqələrində uğur qazanan şagirdlər olmuşdur.