Veyisova Günay Nadir qızı Masazır kənd 5 nömrəli tam orta ümumtəhsil məktəbində ibtidai sinif müəllimi və metodistdir. 2014-cü ildə MİQ-lə işə qəbul olunub. 2022-ci ildə sertifikasiya imtahanının test mərhələsində 59, müsahibə mərhələsində isə 40 bal toplayıb.
Fəaliyyəti dövründə müxtəlif seminarlar, yerli ixtisasartırma təlimləri və layihələrdə iştirak etməyə üstünlük verib. 05.11.2022-ci il tarixində Elm və Təhsil Nazirliyinin dəvəti ilə “Təhsildə Yeni Çağırışlar” adlı 3-cü Beynəlxalq Forumda iştirak edib.
Azərbaycan Müəllimlər Assosiasiyasının üzvüdür və marifləndirici seminarlar, görüşlərdə mütəmadi iştirak edir. 2023–2025-ci illərdə müxtəlif eTwinning layihələrində iştirakçı, tərəfdaş və layihəyə yaradıcı ortaq kimi fəaliyyət göstərib. İştirak etdiyi layihələr yerli və Avropa keyfiyyət nişanlarına layiq görülüb.
2023-cü ildən Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkil etdiyi “Müasir metodik xidmətin təşkili” təlimlərində iştirak edərək fevral 2023-cü ildən etibarən öz məktəbində metodist kimi fəaliyyət göstərir.
2025-ci ildə gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Naziri cənab Emin Əmrullayev tərəfindən fəxri fərmanla təltif olunub.