Elnarə Qurbanzadə Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimidir. O, Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə ali təhsil alıb və 28 illik pedaqoji təcrübəyə malikdir.
Təhsil sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2022-ci il 4 oktyabr tarixli sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub.
Elnarə Qurbanzadə həmçinin müxtəlif layihələrdə və təhsil təşəbbüslərində fəal iştirak edib. O, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş layihələrdə rəhbər və iştirakçı kimi fəaliyyət göstərib. Bunlara “Valideyn birliyi – məktəbin yeniliyi” (IV Qrant, 2020), “Dinlə və öyrən” (VI Qrant, 2020) layihələri, V–XI siniflər üçün dinləmə mətnləri və müəllimlər üçün metodik vəsaitlərin hazırlanması daxildir. O, həmçinin ARTİ-nin “Müasir metodist” layihəsində iştirak edib və DİM-in qiymətləndirmə materialları üzrə əməkdaş olub.
Elnarə Qurbanzadə beynəlxalq layihələrdə də fəal iştirak edir. 2019–2020-ci illərdə eTwinning və Erasmus çərçivəsində “Elele verin, çocuklar birlik mutluluktur” və “81 ildə Şanlı Bayrağım” layihələrində çalışıb. 2021-ci ildə Türkiyədə keçirilmiş UPUES Beynəlxalq Təhsil Simpoziumunda iştirak edib və Ukrayna Milli Pedaqoji Elmlər Akademiyasının təşkil etdiyi beynəlxalq konfransda iştirakçıdır.
O, həmçinin müxtəlif təltif və sertifikatlara malikdir. Bunlar arasında Avropa Keyfiyyət Nişanı və Milli Keyfiyyət Nişanı, Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin metodisti olaraq fəaliyyət, “Şaban Döğen - Gənclərə Mesaj” kitabında tərcüməçi kimi iştirakı və Azərbaycan dili V sinif qiymətləndirmə materialları kitabının müəllifi və developerliyi qeyd olunmalıdır.