Xəyalə Ramiz qızı Cabarova (İsmayılova) uzun illərdir təhsil sahəsində səmərəli fəaliyyət göstərən təcrübəli pedaqoqlardandır. O, Xızı rayonu M. Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışır. Xəyalə müəllimənin pedaqoji fəaliyyətinin əsas istiqaməti şagirdlərdə ana dilinə, milli ədəbiyyata və mədəni irsə sevgi aşılamaq, onların bilik və bacarıqlarını inkişaf etdirməkdir. Onun 26 illik pedaqoji təcrübəsi gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynamışdır.
Peşəkar fəaliyyəti dövründə Xəyalə müəllimə təhsil sahəsində göstərdiyi xidmətlərə görə bir sıra mükafat və təltiflərə layiq görülmüşdür. 2017-ci ildə təhsilin inkişafında xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlərinə görə sabiq Təhsil naziri Mikayıl Cabbarov tərəfindən “Fəxri Fərman” ilə təltif edilmişdir. 2019-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi medalı” ilə mükafatlandırılmışdır.
Bundan əlavə, 2022-ci ildə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İradə Abdullayeva tərəfindən “Fəxri Fərman” almışdır. O, müəllimlər arasında keçirilən bilik yarışlarında da uğurla iştirak etmiş, 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Müəllimlərarası III Zəfər olimpiadasında, eləcə də 2025-ci ildə akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş Müəllimlərarası Zəfər olimpiadasında fənni üzrə yüksək nəticə göstərərək sertifikatlara layiq görülmüşdür.
Xəyalə müəllimə öz peşəkar inkişafına daim diqqət yetirir. 2025-ci ildə Landau Academy və Uniser Training Center tərəfindən təşkil olunan “Sinfin idarəetməsinin əsasları” təlimində yüksək nəticə göstərərək sertifikat qazanmışdır. O, həmçinin tədris vəsaitlərinin hazırlanmasında da fəal iştirak edir. 2025-ci ildə MIQ, sertifikasiya, abituriyent və olimpiadalar üçün Azərbaycan dili test vəsaitinin, 2026-cı ildə isə Ədəbiyyat test vəsaitinin müəllifi olmuşdur.
Müəllimənin peşəkar bilik səviyyəsi qiymətləndirmələrdə də öz əksini tapmışdır. Onun diaqnostik qiymətləndirmə balı 52, sertifikasiya balı isə 54 olmuşdur. Xəyalə müəllimənin şagirdləri müxtəlif illərdə keçirilən inşa müsabiqələrində iştirak edərək yüksək nəticələr əldə etmişlər.
Xəyalə Cabarova məktəbdə uzun illərdir metodbirləşmə rəhbəri kimi də fəaliyyət göstərir, müəllimlərin metodiki işinin təşkili və tədrisin keyfiyyətinin artırılması istiqamətində mühüm işlər görür