Hacıyeva Zöhrə Hüseyn qızı 9 iyun 1978-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Sumqayıt şəhər N. Tusi adına 12 nömrəli tam orta məktəbdə alıb. 1995-ci ildə həmin məktəbi bitirdikdən sonra Sumqayıt Pedaqoji Seminariyasının ibtidai sinif metodikası və pedaqogikası fakultəsinə qəbul olub.
1999-cu ildən ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. 2015-ci ildən Zərdabi Oxuyub Anlama layihəsi, PİRLS, PİSSA, TİMSS kimi beynəlxalq qiymətləndirmələrdə koordinator, təlimçi və marker müəllim olaraq iştirak edib. 2018-ci il martın 5-də Təhsil Nazirliyi tərəfindən PİRLS beynəlxalq tədqiqatının təşkili, pilot və əsas mərhələlərinin keçirilməsi, oxu bacarıqları üzrə beynəlxalq reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə təşəkkürnamə ilə təltif olunub.
2018-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar II Qrant müsabiqəsində “Sadə izahla riyaziyyatın tədrisi” adlı layihəsi qalib olub.
Sertifikasiya balı 49, müsahibə balı 34-dür. Hal-hazırda Sumqayıt şəhəri V.İbrahim adına 35 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir.