Aytən Cəfərquliyeva Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq fəaliyyət göstərir.
Şagirdləri ilə müxtəlif müsabiqə və olimpiadalarda uğurlar qazanıb. Onun şagirdi Hacıyeva Aytən Rafiq qızı 2016-cı ildə fənn olimpiadalarının respublika turunda Azərbaycan dili fənni üzrə III yer tutub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən inşa müsabiqəsində Hacıyeva Aytən I yerə layiq görülüb. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində şagirdi III yer qazanıb.
2017-ci ildə “Ədəbiyyat biliciləri” respublika müsabiqəsinin şəhər turunda fəal iştirakı səbəbindən Sumqayıt şəhər Təhsil Şöbəsi tərəfindən fəxri fərmanla təltif olunub. 2019-cu ildə isə səmərəli pedoqoji fəaliyyəti ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı tərəfindən fəxri fərman alıb.
2022-ci ildə şagirdi Hacızadə Tofiq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Tarix yazan imza” adlı esse müsabiqəsində II yer tutub.
2024-cü ildə tədrisin təşkili ilə bağlı Təhsil İnstitutunun ixtisas artırma təlimində iştirak edib. Müəllimlərin diaqnostik qiymətləndirilməsində 53 bal, sertifikasiyanın test mərhələsindən 52, müsahibə mərhələsindən isə 39 bal toplayıb.