Abasova Leyla Əli qızı Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. 19 illik pedaqoji təcrübəyə malikdir. Təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak edib və 54 bal toplayıb.
Peşəkar fəaliyyəti dövründə beynəlxalq layihələrdə fəallığı ilə seçilib. “My Green School”, “National Games” və “Hər qapının açarı ədəb” adlı eTwinning layihələrində uğur qazanaraq Avropa Keyfiyyət Nişanı ilə təltif olunub.
Müəllim davamlı peşəkar inkişafı prioritet hesab edərək bir sıra təlim, seminar və konfranslarda iştirak edib. “İnklüziv sinifdə təlimin təşkili”, “Şagirdlərdə yaradıcı təfəkkürün inkişafı”, “3D test təliminin tətbiqi” mövzularında keçirilən təlim və seminarların iştirakçısı olub.
Eyni zamanda “Özünü bizimlə kəşf et – biliyi təcrübəyə çevir” adlı III Beynəlxalq Təhsil Zirvəsində, “Təhsildə Yeni Çağırışlar” Regional Konfransında iştirak edib. “Müasir metodist” layihəsində namizəd kimi çıxış edib və uğur əldə edən iştirakçılar sırasında yer alıb.