2009-cu ildə Azərbaycan İctimai -Siyasi Universitetinin filologiya fakultəsini bitirib;
Şəki şəhər 11 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlayıb;
2023-ci ildə dövlət ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırması imtahanında 51 bal toplayıb;
2022-ci ildə şagirdim Elm və Təhsil Nazirliyi tərəfindən keçirilmiş "Düşünən oxucu" müsabiqəsinin qalibidir;
2022-ci ildə 2 fevral Gənclər Günü münasibətilə ATİAHİ-nin Şəki komitəsinin sədri tərəfindən fəxri fərmanla,
Uzun müddət səmərəli pedaqoji fəaliyyəti və gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərinə görə ATİAHİ Respublika komitəsinin sədri tərəfindən fəxri fərmanla təltif olunub;
2023-cü ildə ATİAHİ tərəfindən "İlin peşəkar müəllimi" adına və döş nişanına layiq görülüb;
2022-ci ildən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Şəki üzrə koordinatoru,mentorlar üzrə meneceri,idarə heyəti tərkibində mərkəzi nəzarət komitəsinin üzvüdür;
Gənc Müəllimlərin II və III forumunun iştirakçısıdir;
Azərbaycan Müəllimlərinin XV Respublika Qurultayının iştirakçısıdır;
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant müsabiqəsinin qalibidir;
Ümümtəhsil müəssisələrində metodik xidmətin inkişafı məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, MÜTDA və ARTİ-nin birgə təşkilatçılığı ilə həyata keçirilən "Müasir metodist" layihəsi çərçivəsində məktəb metodistidir;
"Birlikdə sevinək" məktəbli layihəsinin müəllifidir.