2011-ci ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək Oğuz şəhər 3 nömrəli məktəb-liseydə tarix müəllimi kimi fəaliyyətə başlayıb;
Dəfələrlə Oğuz Rayon Təhsil Sektorunun və Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif müsabiqələrdə uğurla çıxış edib;
2014- 2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş Respublika Elektron Təhsil müsabiqəsində iştirak edərək 2014-cü ildə “Təhsildə ən yaxşı internet resurslar nominasiyası" üzrə fərqlənmə diplomuna, 2015-ci ildə II yerə layiq görülüb;
2016-cı ildə Gənclər və İdman Nazirliyi tərəfindən dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyim fəallığa görə təltif olunub;
2017-ci ildə Diaqnostik Qiymətləndirmənin nəticələrinə görə müəllimlər arasında rayon üzrə ən yüksək bal- 59 bal toplayıb;
2018- ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan respublika pedaqoji mühazirələrinin nəticəsinə görə I dərəcəli diplomla, həmin il “Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” müsabiqəsində fərqlənmə diplomu ilə təltif edilib;
2019-cu ildə Azərbaycan Respublikası Milli Məclisin elm və təhsil komissiyasının və "Gənc Müəllim " şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən "İlin Gənc Muəllimi" müsabiqəsinin finalçılarından olub;
2020-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsində “Tanıyaq, tanıtdıraq” adlı vətənpərvərlik layihəsi ilə qalib gəlmişəm. Layihə vətənpərvərlik layihəsi olmuşdur və layihə nəticəsində Oğuz rayonunun I və II Qarabağ müharibəsi şəhidlərindən bəhs edən kitab və sayt ictimaiyyətə təqdim olunub;
2020-ci ildə ATİAHİ tərəfindən "İlin peşəkar gənci" müsabiqəsində iştirak edərək fərqlənmə diplomuna layiq görülüb;
Şagirdləri Respublika Fənn Olimpiadalarında uğurla iştirak edirlər. İndiyə kimi ş 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanan şagirdləri olub;
2022-ci ildə Türk Dövlətləri Təşkilatı , Azərbaycan Respublikası Təhsil Nazirliyi, Türkiyə Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Türk dövlətləri arasında həyata keçirilən I Beynəlxalq Müəllim Mübadiləsi Proqramı çərçivəsində, 6-12 iyun tarixlərində ölkəmizi Türkiyədə təmsil edilib;
Dəfələrlə Oğuz Rayon İcra Hakimiyyətinin, YAP Oğuz Rayon Təşkilatının, Oğuz Rayon Təhsil Şöbəsinin, Oğuz Rayon Gənclər və İdman İdarəsinin, Gənclər və İdman Nazirliyinin fəxri fərmanlarına layiq görülüb;
Azərbaycan Respublikasının təhsil işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərə görə “Tərəqqi” medalı ilə təltif edilib;
2023-cü ildə Femmes Digitales - “Texnologiyalar sahəsində Qadınlara Dəstək” İctimai Birliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi - 4SİM, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycan Qadınları İT-də (AWITA) 2023” müsabiqəsinin rayon və ucqar bölgələrdə İnformasiya Texnologiyaları sahəsinə töhfə verən qadınlar nominasiyasında qalib olub; (I yer)
2024-cü ildə Şəki Zaqatala Regional Təhsil İdarəsi tərəfindən Respublika Fənn Olimpiadalarındakı səmərəli fəliyyətə görə Fəxri Fərmana layiq görülüb;